Mercedes-AMG: brend

55 ildən artıqdır ki, AMG avtomobil sənayesində ən yüksək performansın, eksklüzivliyin, səmərəliliyin və dinamik sürüş zövqünün simvoludur.

Model sırası

AMG tarixi

1967-ci ildə avtoidmana və texnologiyaya qarşısıalınmaz ehtirasdan unikal bir şirkət doğuldu. A — Aufrecht, M — Melcher və G — Großaspach: bu üç hərfin arxasında duran adlar kiçik komandanın Mercedes-Benz tərkibində dünyaca məşhur brendə çevrilməsinin başlanğıcı oldu.

AMG fəlsəfəsi.

Fəlsəfəmiz rəqabət, yeni ideyalar, maksimal performans və üstünlükdür. Konstruksiya sənətinin işə xüsusi münasibətlə birləşdiyi Mercedes-AMG dünyasına xoş gəlmisiniz. Məhz belə həm yarış trekində, həm də yolda yarışa bilən avtomobillər yaradırıq.

AMG səsi

"Start" düyməsini basın və həzz alın. Kompromissiz və tərəddüdsüz. Çünki AMG egzoz sisteminin güclü, cingiltili nəriltisi Mercedes-AMG brendinin vizit kartlarından biridir. Tam elektrik AMG Performance avtomobilləri üçün isə geniş emosional səs spektrli AMG SOUND EXPERIENCE sistemi təklif olunur.

AMG-nin ürəyi.

Adrenalin. Sürət. Dəqiqlik.

AMG-nin ürəyi.

Vision AMG

Konsept avtomobillər

Vision AMG