Mercedes-AMG GLE SUV.

Mercedes-AMG GLE SUV.

Bunu sözlə izah etmək olmur — bunu hiss etmək lazımdır.

Güclü dizayn.

Güclü dizayn.

Görmək kifayət etməyən cəsarətli dizayn: ona toxunmaq lazımdır. İfadəli ön fartuk, AMG üslubunda radiator barmaqlığı və diametri 22 düymədək olan təkərlər[1] dərhal tanınan obraz yaradır. İçəridə isə idman xarakteri ilə komfort və fərdi üslubun ahəngdar vəhdəti AMG oturacaqlarında və panoram damda təcəssüm olunur.

[1] Konfiqurasiyadan asılı olaraq əlavə sifariş edilə bilən avadanlıq.

Qabaqcıl texnologiyalar.

Qabaqcıl texnologiyalar.

Hiss edilə bilən innovasiyalar. Təkmilləşdirilmiş performansı və əfsanəvi Burmester® audiosistemi ilə eksklüziv səsi kəşf edin. Səs, toxunuş və ya jestlərlə intuitiv idarə olunan MBUX multimedia sisteminin üstünlüklərini hiss edin. Yeni AMG Performance sükanı ilə qüsursuz əlaqənin və nəzarətin nə olduğunu öyrənin.

Maksimum performansa hazır.

Maksimum performansa hazır.

İstənilən vaxt ən yüksək səviyyəli performansı kəşf edin. AMG Performance 4MATIC+ tam ötürücüsü, 9 pilləli AMG SPEEDSHIFT sürətlər qutusu və AMG DYNAMIC SELECT sürüş rejimləri ilə birlikdə üç mövcud mühərrik variantından birini seçin. Yüksək məhsuldar AMG əyləc sistemini də unutmayın — ideal tamamlayıcı.

Dəbdəbə və komfort

Özü haqqında danışan komfort.

Motorsportdan ilhamlanan və detallara xas diqqətimizlə yaradılan Mercedes-AMG GLE performansı və incə zərifliyi ahəngdar şəkildə birləşdirir.

Sürücü və ön sərnişin üçün iqlim-kontrollu AMG oturacaqları

Sürücü və ön sərnişin üçün iqlim-kontrollu AMG oturacaqları

Hər şeydə lider: sürücü və ön sərnişin üçün AMG üslubunda üzlük naxışlı, kondisionerli AMG oturacaqları — standart yaddaş paketi, optimallaşdırılmış yan dəstək və ön oturacaq arxalıqlarında AMG loqosu ilə. Modeldən asılı olaraq GLE 53 4MATIC+ SUV və GLE 53 HYBRID 4MATIC+ SUV üçün nappa dərisindən AMG üzlüyü, GLE 63 S 4MATIC+ SUV üçün isə müxtəlif rənglərdə nappa dərisindən AMG Exclusive üzlüyü mövcuddur.

İşıqlandırmalı və AMG loqosu proyeksiyalı AMG astanaları

İşıqlandırmalı və AMG loqosu proyeksiyalı AMG astanaları

Hətta avtomobilə minib-düşmək də hadisəyə çevrilir. "AMG" yazısı işıqlandırılan paslanmayan poladdan astana üzlükləri və yerə üçölçülü Mercedes ulduzunu proyeksiya edən LED işıq səfər başlamazdan əvvəl ahəngi müəyyən edir.

Karbon lifindən AMG dekorativ elementləri

Karbon lifindən AMG dekorativ elementləri

Motorsport dünyasından gələn yüksək texnologiyalı material avtomobilinizin salonunda ifadəli aksentlər yaradır.[1] Xarakterik səth strukturu yüksək performansı və texnoloji mükəmməlliyi vurğulayır. Birinci dərəcəli görünüş və dekorativ elementlərin ustalıqla işlənməsi salonda premium sinif idman avtomobili atmosferi yaradır.

[1] Konfiqurasiyadan asılı olaraq əlavə sifariş edilə bilən avadanlıq.