Etibarlı qoruma zəmanəti

Etibarlı qoruma zəmanəti

Mercedes-Benz zəmanəti — bizə arxalana bilərsiniz.

İlk gündən qorunun.

Bütün yeni Mercedes-Benz avtomobillərinə iki illik zəmanət şamil olunur.

Zəmanət avtomobilin təhvil verildiyi gündən və ya daha əvvəl baş veribsə, ilkin qeydiyyat günündən qüvvəyə minir və yürüş məhdudiyyəti yoxdur. Müqavilə üzrə zəmanət öhdəlikləri avtomobili sizə satan milli ticarət təşkilatı tərəfindən təmin edilir. O, Avropa İttifaqına üzv olan bütün ölkələrdə, həmçinin İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə tanınır.

İstehsalçı zəmanətinin qorunması

İstehsalçı zəmanətinin qorunması

İstehsalçı Mercedes-Benz Group AG çətin vəziyyətdə olan müştərilərə dəstək olmağa çalışır və texniki xidmətin göstərilməsindəki mövcud məhdudiyyətlər şəraitində zəmanəti təmin edir.

Minik avtomobilləri və mikroavtobuslar üçün texniki xidmətin yürüşə və ya vaxta görə aşağıdakı gecikmə hədləri tətbiq olunur (istehsalçı zəmanəti qorunur): 180 günə / 6000 km-ə qədər yol verilən yürüş artıqlığı.

Rəsmi servis mərkəzlərinin mütəxəssisləri — ən yüksək ixtisaslı peşəkarlar

Rəsmi servis mərkəzlərinin mütəxəssisləri — ən yüksək ixtisaslı peşəkarlar

Mütəxəssislərin çoxpilləli təlim sistemi, Mercedes-Benz Group AG rəsmi distribyutorunun Təlim Mərkəzində yeni avtomobillər üzrə mütəmadi treninqlər, təlim avtomobilləri və komponentləri üzərində təcrübə — bütün bunlar yüksək ixtisas səviyyəsini təmin edir.

Yalnız rəsmi servis stansiyalarının mütəxəssisləri Mercedes-Benz avtomobillərinin təmiri və xidməti üzrə mütəmadi yenilənən məlumatın tam həcminə malikdir. Bu, toplanmış təcrübə ilə birlikdə onlara istənilən mürəkkəblikdə məsələlərin effektiv həllini tapmağa imkan verir.

Zəmanətin verilmə şərtləri

Zəmanətin verilmə şərtləri

Dövri texniki xidmətin müəyyən fasilələrlə, yol verilən yürüş artıqlığı çərçivəsində, eləcə də cari xidmətin yerinə yetirilməsi.

İstehsalçı zavodun zəmanət əsasnaməsinə, nəqliyyat vasitəsinin istismar norma və qaydalarına, Mercedes-Benz rəsmi dilerlərinin mütəxəssislərinin tövsiyələrinə əməl edilməsi.

Ehtiyat hissələri və aksesuarlara zəmanət

Ehtiyat hissələri və aksesuarlara zəmanət

Mercedes-Benz rəsmi dilerinin servis mərkəzi tərəfindən satılan və quraşdırılan ehtiyat hissələri və aksesuarlara (sərf materialları istisna olmaqla) 24 ay müddətinə zəmanət verilir.

Zəmanət verilmir

Zəmanət verilmir

Sifarişçi istismar təlimatına əməl etmədikdə.

Avtomobil təyinatı üzrə istifadə edilmədikdə.

Avtomobilin yol verilən tam kütləsinin, ox yüklərinin, faydalı yükün və ya şassinin orta yükgötürmə qabiliyyətinin aşılması aşkar edildikdə.

Avtomobillə ehtiyatsız və ya qeyri-peşəkar davranış, onun saxlanılması və ya daşınması nəticəsində yaranan qüsurlara.